Ru
23:23 / 21 May 2025

Cavanşir Qurbanov vəfat etdi - FOTO

Cavanşir Qurbanov vəfat etdi - FOTO
Eye

Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.

Bakupost.az xəbər verir ki, əməkdar bədən tərbiyəsi və idman xadimi 78 yaşında dünyasını dəyişib.


Cavanşir Qurbanov Cabir Novruz Mədəniyyət fondunun prezidenti, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, Yasamal rayon ağsaqqallar şurasının sədri olub.

O, 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995–2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006 – 2017-ci ildə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.

Qeyd edək ki, Cavanşir Qurbanov “Mənim atam qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanovun atasıdır.

Allah rəhmət eləsin!




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar