Əfqanıstanın Samangan vilayətində yerləşən Dar-e-Suf Payin bölgəsində kömür mədənində baş verən partlayış nəticəsində 7 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Bakupost.az -ın xəbərinə görə, Samangan Polis İdarəsinin sözçüsü Həşmətullah Rəhmani bildirib ki, partlayış mədəndə metan qazının yığılması nəticəsində baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Zəhra Məlikova,
BakuPost