Ru
16:31 / 21 May 2025

ABŞ Rusiyanı "işğalçı" adlandırmaqdan imtina etdi

ABŞ Rusiyanı "işğalçı" adlandırmaqdan imtina etdi
Eye

ABŞ G7-nin bəyanatında Rusiyanın Ukraynanı işğal etməsini “qanunsuz” adlandırmaqdan imtina edib.

Bakupost.az  xəbər verir ki, bu barədə The New Voice of Ukraine bildirir.

ABŞ, Kanadada keçirilən G7 maliyyə nazirlərinin görüşünün yekun bəyanatına Ukraynaya “davamlı dəstək” və Rusiyanın Ukraynaya qarşı işğalının “qanunsuz” adlandırılması barədə ifadələrin daxil edilməsinə qarşı çıxıb. 

"Politico" yaydığı məlumata görə, Vaşinqton bu təkliflərə etirazını danışıqlar zamanı açıq şəkildə bildirib.

Vaşinqtonun bu mövqeyi yeni deyil. ABŞ daha əvvəl - 13 apreldə Sumı hücumunu pisləyən G7 bəyanatını dəstəkləməyib və 24 fevralda - Rusiyanın işğalının üçüncü ildönümündə G7 bəyanatında Rusiyanın “təcavüzkar” adlandırılmasına etiraz edib.

Görüşlərə hazırda G7-nin dövri sədrliyini həyata keçirən Kanada ev sahibliyi edir və yüksək səviyyəli maliyyə müzakirələrinin 15–17 iyunda keçiriləcək G7 liderlər sammiti üçün zəmin yaradacağı gözlənilir.

Kanada Baş naziri Mark Karni artıq Ukrayna Prezidenti Volodimir Zelenskini iyun sammitinə dəvət edib.

Elmina Qasımova,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar