Kiyev vilayətində istilik elektrik stansiyasında yanğın baş verib, 2 nəfər ölüb.
Bakupost.az xəbər verir ki, bu barədə "Kyiv Independent" bildirib.
Ukrayna Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, Belaya Çeürkov İstilik Elektrik Stansiyasının obyektlərindən birində yanğın baş verib və azı iki nəfər həyatını itirib.
Yanğın yerli vaxtla saat 13:00 radələrində, stansiyada təmir işləri zamanı başlayıb.
Verilən açıqlamaya görə, alov saat 14:00-a yaxın lokallaşdırılıb. Hazırda xilasedicilər hadisə yerində işlərini davam etdirirlər, qəzanın nəticələri müəyyənləşdirilir.
Qeyd edək ki, Belaya Çerkob İstilik Elektrik Stansiyası Ukraynanın mühüm infrastruktur obyektlərindən biridir və 2022-ci ilin dekabrında Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində ciddi zərər görüb. Bütün zədələrə baxmayaraq, stansiya 2023 və 2024-cü illərin qış aylarında yaşayış binaları və mülki infrastruktur üçün istilik təminatını davam etdirib.
2024-cü ilin yanvar ayında Enerji və Kommunal Xidmətlər üzrə Milli Komissiya stansiyanın mülkiyyət dəyişikliyi səbəbilə lisenziyasını dayandırıb. Müəssisə əvvəllər ukraynalı oliqarx Kostiantin Jevaqonun mülkiyyətində olub, daha sonra bələdiyyə mülkiyyətinə keçib.
Elmina Qasımova,
BakuPost