İran atəşkəsin başlamasından dəqiqələr əvvəl son hücumunu etdiyini bildirib.
Bakupost.az -ın xəbərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi"Tasnim" xəbər agentliyinə bildirib ki, İsrailə qarşı həyata keçirilən son raket hücumu, İsrailin ölümcül hücumlarına cavab olaraq atəşkəs qüvvəyə minməzdən dəqiqələr əvvəl gerçəkləşdirilib.
Açıqlamada qeyd olunub ki, İsraildəki hərbi mərkəzlərə 14 raket atılıb.
Bununla yanaşı, İran Silahlı Qüvvələrinin “düşmənin hərəkətlərini açıq və diqqətli baxışlarla” izləməyə davam edəcəyi bildirilib.
Aysel, BakuPost