Ru
11:52 / 20 Aprel 2024

ATU publik hüquqi şəxsə çevriləcək

896
Azərbaycan Texniki Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakupost.az -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, “Azərbaycan Texniki Universitetinin Nizamnaməsi” təsdiq edilib.

Universitetin nizamnamə fondu 29 461 643 (iyirmi doqquz milyon dörd yüz altmış bir min altı yüz qırx üç) manatdır.

Elm və Təhsil Nazirliyi bu qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Texniki Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər