Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başlayıb.
Bakupost.az xəbər verir ki, qarşılaşma Münhendəki "Alyans Arena"da keçirilir.
Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.
***
Matçda hesab açılıb.
Niderland millisinin oyunçusu Qodi Qakpo komandası irəli çıxarıb: 0 - 1
***
83-cü dəqiqədə D.Malen fərqi artırıb: 0 - 2
***
Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.
Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
1/4 finala yüksən Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.