Ru
10:54 / 22 İyun 2022

Avropa Azərbaycan qazına möhtacdır - İkinci boru məsələsi gündəmdə

Avropa Azərbaycan qazına möhtacdır - İkinci boru məsələsi gündəmdə
Eye

“Azərbaycan Avropa İttifaqında qazın idxalında, demək olar ki, yeganə alternativə çevrilib”.


Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Azər Badamov deyib.


Deputat qeyd edib ki, qaz tədarükü məsələsi gündəmə gələrsə, TAP-la yanaşı, ikinci bir borunun tikintisi aktuallaşa bilər:

“Rusiya-Ukrayna müharibəsi ilə bağlı tətbiq olunmuş sanksiyalar Avropa İttifaqı üçün Azərbaycan qazının ehtiyacını daha da artırıb. Burada Avropa İttifaqının istəyindən asılı olmayaraq Azərbaycanın bu bazar üçün tədarük potensialının müəyyən həcmi mövcuddur. Bu həcm, ilk növbədə, Cənub Qaz Dəhlizi boru kəmərinin buraxılma gücü ilə bağlıdır. Bu gün CQD vasitəsilə 10 milyard kubmetr qaz ixrac olunur. Bu həcmi gələcəkdə 20 milyard kubmetrə çatdırmaq mümkündür. Bu güc istəkdən asılı olmayaraq mövcud imkandır. Əgər əlavə qaz tədarükü məsələsi gündəmə gələrsə, təbii ki, TAP-la yanaşı, ikinci bir borunun tikintisi aktuallaşacaq”.


A.Badamov Azərbaycanın qaz ehtiyatlarından danışıb:


“Bugünkü ehtiyatlarımız uzunmüddətli ixrac üçün kifayət edəcək. Bununla yanaşı, tədqiq olunmamış böyük ehtiyata malik qaz yataqlarımız da var ki, bu yataqlar da işləniləcək. Yəni mövcud potensialımız uzun müddətə qazımızın ixracına imkan verəcək. Bununla yanaşı, CQD region ölkələrin qazının da ixracını təmin edəcək. Orta Asiya ölkələri və İran qazının da CQD vasitəsilə ixrac olunma məsələsi gündəmdədir”.


Millət vəkili böyük həcmdə qaz ixracının ölkəmizdə hansısa problem yaratmayacağını qeyd edib:


“Qazın böyük həcmlərdə ixracı ölkədaxili tələbatın ödənilməsində problem yaratmayacaq. Ölkəmizin təbii qazla təminatı uzun illərə hesablanıb. Hesab edirəm ki, qarşımızdakı əsas məsələ ölkədaxili qaz təchizatı şəbəkəsinin genişləndirilməsi ilə bağlıdır. Bu gün regionlarda təbii qazla təmin olunmalı çoxlu yaşayış məntəqələrimiz qalır. Qazımız Avropaya çatdığı halda regionlarda çoxlu vətəndaşlarımızı hələ də kəndlərimizə qaz xətlərin çəkilişini gözləyir”.


Fəridə
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar