Ru
23:14 / 06 Avqust 2022

"Avropa stadionlarından da sosiska iyi gəlir" - Qurbanovdan futbolçuya cavab

4377
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstan "Ferentsvaroş"unun futbolçusu Endre Botkanın UEFA Çempionlar Liqasının ilk oyunu zamanı Tofiq Bəhramov adına Respublika stadionuna kabab iyi və tüstüsünün gəlməsi barədə fikirlərinə münasibət bildirib.


Bakupost.az -ın məlumatına görə, 50 yaşlı mütəxəssis matçın hər iki komanda üçün eyni şərtlər altında keçdiyini söyləyib.



Qurbanov əcnəbilərin Azərbaycan kababından danışmalarını sevindirici hal adlandırıb:



"Bilmirəm, Botka bunu hansı mənada deyib. Hava hamımız üçün eynidir. Əksinə, sərin havada oynanılan məşq daha rahat oynanılır. Qaldı ki, onların burnuna Azərbaycan kababının iyinin gəlməsinə sevinirəm. Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından da sosiska iyi gələ bilər. Biz hamımız azərbaycanlıyıq. Hər bir xalqın öz adət-ənənəsi var. Ümumiyyətlə, əcnəbilər həmişə Azərbaycanda kababdan danışırlar".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər