Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:09 / 08 İyul 2024

Avtobuslarda kart sisteminə keçid niyə bitməyib? - VİDEO

2127
2018-ci ildən paytaxtda marşrut avtobuslarının kart sisteminə keçidi başlasa da, hələ də ödənişi nağd şəkildə həyata keçirilən avtobuslar kifayət qədərdir.

Bakupost.az Xəzər TV-yə istinadən bildirir ki, hazırda marşrutların 36 faizi nağd ödənişlə fəaliyyət göstərir. Bəzi sərnişinlər isə bu fikirdədirlər ki, kartla ödəniş sisteminin olmaması onlar üçün çətinlik yaradır.

Sürücülərin bəziləri kart sisteminə keçidin tərəfdarı olsalar da, bəziləri deyir ki, bu sistemə keçid onları qane etmir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ümumilikdə paytaxtda 115 marşrut üzrə 1824 avtobusda nağdsız ödəniş edilməsi mümkündür.

Hazırda fəaliyyət göstərən marşrutların 64 faizində nağdsız ödəniş sistemi tətbiq olunur. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

Ətraflı süjetdə:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar