Ru
14:26 / 07 İyun 2024

AXCP sədrinin müavini sərbəst buraxıldı - Yenilənib

4539

***

11:01


AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.


DİN-in Mətbuat Xidmətindən Bakupost.az -a bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.

Fakt üzrə araşdırma aparılır.

***
14:26

Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılan AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.

Bu barədə Bakupost.az -a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, onun barəsində qanunvericiləyə uyğun tədbir görülərək sərbəst buraxılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər