Ru
15:07 / 14 Aprel 2022

Azan səsindən təsirlənən ukraynalı qadın müsəlman oldu

Azan səsindən təsirlənən ukraynalı qadın müsəlman oldu
Eye

Türkiyəyə turist kimi gələn ukraynalı qadın müsəlman olub.


Bakupost.az xəbər verir ki, Bursanın İznik əyalətinə gəzmək üçün gələn ukraynalı Daria Yaroşenko müsəlman olmaq üçün müftiyə müraciət edib.


O, restoranda yemək yeyərkən Azan səsini eşidib. Yoldaşı ilə birlikdə məscidə gedərək müəzzin Osman Çakmak ilə tanış olub. O Azandan təsirləndiyi üçün müsəlman olmaq istədiyini deyib:


“Osman müəllimin səsi mənə çox təsir etdi. İçimdə bir şeyin titrədiyini hiss etdim. İnternetdən “Quran-i-Kərim”i araşdırdım. Öz istəyimlə müsəlman olmağa qərar verdim”.


Aynur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar