Ru
19:38 / 11 Sentyabr 2026

Pensiyaçılara kredit qapıları bağlana bilər? – AÇIQLAMA

Pensiyaçılara kredit qapıları bağlana bilər? –  AÇIQLAMA
Eye

Pensiya və kredit sahəsində mümkün dəyişikliklərlə bağlı müzakirələr son dövrlər cəmiyyətdə ciddi maraq doğurur. Xüsusilə pensiya yaşının artırılması, yaşlı vətəndaşların kredit imkanlarının məhdudlaşdırılması və qiymət artımlarının pensiyaların alıcılıq qabiliyyətinə təsiri əsas müzakirə mövzuları sırasındadır.


Bəs gözlənilən dəyişikliklər hansı vətəndaşların sosial təminat imkanlarına təsir göstərə bilər? Pensiyaçıların kreditə çıxışının qorunması üçün hansı meyarlar əsas götürülməlidir?

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov yaxın illərdə pensiya sistemi ilə bağlı ciddi dəyişiklik gözləmədiyini bildirib.

Ekspert pensiya yaşının yenidən artırılacağı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

“Bəzən deyirlər ki, pensiya yaşı yenidən artırılacaq. Amma fikirləşmirəm ki, bunu yaxın illərdə gözləyə bilərik.

Faktiki olaraq, pensiya artıq insanlara çatmayacaq. Buna görə onlar üçün kredit almaq da çətinləşəcək. Çünki qiymətlər artır”.

Əkrəm Həsənovun sözlərinə görə, pensiyaların nominal məbləğinin artırılması ilə yanaşı, onların real alıcılıq qabiliyyəti də nəzərə alınmalıdır. Qiymətlərin yüksəlməsi və gündəlik xərclərin artması sabit gəlirlə yaşayan pensiyaçıların maliyyə imkanlarını daha da məhdudlaşdıra bilər.

Bu baxımdan, pensiyaçıların kreditə çıxışının müəyyənləşdirilməsi zamanı yalnız yaş amilinin əsas götürülməsi onların maliyyə imkanlarına mənfi təsir göstərə bilər. Vətəndaşların sosial təminat hüquqlarının qorunması üçün pensiyanın real dəyəri, gəlir səviyyəsi və mövcud borc yükü kimi göstəricilərin də nəzərə alınması vacibdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar