Ru
14:35 / 01 Oktyabr 2022

“Azərbaycan bu layihənin təşəbbüskarı olduğu üçün fəxr edir” - İlham Əliyev

“Azərbaycan bu layihənin təşəbbüskarı olduğu üçün fəxr edir” - İlham Əliyev
Eye

"Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq".


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən bildirib.

“Bu gün enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir, dünyadakı mövcud siyasi vəziyyət bunu bir daha sübut edir. Cənub Qaz Dəhlizi Avropa qitəsində həyata keçirilən və Avropanın enerji xəritəsinin dəyişən əhəmiyyətli infrastruktur layihələrindən biridir. Azərbaycan bu layihənin təşəbbüskarı olduğu üçün fəxr edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar