Ru
23:51 / 21 Dekabr 2023

Azərbaycan Çexiyaya başsağlığı verdi

Azərbaycan Çexiyaya başsağlığı verdi
Eye

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çexiyaya başsağlığı verib.

Bakupost.az xəbər verir ki, bununla bağlı XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Çexiyanın Praqa şəhərindəki Çarlz Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik", - XİN-dən bildirilib.

Qeyd edək ki, Praqa şəhərindəki Karlov Universitetindəki atışma nəticəsində azı 15 nəfər ölüb, 24 nəfər yaralanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar