İsrail ordusunun ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 75 nəfər fələstinli ölüb.
Bakupost.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 75 ölü və 304 yaralı daxil olub.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 65 283 nəfər ölüb, 166 575 nəfər yaralanıb.