Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Bakupost.az xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində qəsəbə sakini Yadigar Əsədovanın evində olub.
Sakin: Xoş gəlmisən!
Prezident İlham Əliyev: Siz də doğma vətənə xoş gəlmişsiniz!
Qadın sakin: Allah səni saxlasın. Millətimizi öz vətəninə gətirdin, çox sağ ol.
Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?
Sakin: Gəncədə yataqxanada.
Prezident İlham Əliyev: Bala neçə aylıqdır?
Sakinlər: 13 günlükdür.
Prezident İlham Əliyev: 13 günlük? (gülür) Maşallah! Gəncədə doğulub?
Sakinlər: Bəli.
Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.