Ru
23:52 / 23 Dekabr 2025

Elza Seyidcahandan Ermənistan konserti ilə bağlı AÇIQLAMA: Gedib, "Tikim sizin ağzınızı" oxuyacağam...

Elza Seyidcahandan Ermənistan konserti ilə bağlı AÇIQLAMA: Gedib, "Tikim sizin ağzınızı" oxuyacağam...
Eye

Əməkdar artist Elza Seyidcahan onu tənqid edənlərə cavab verib.

Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Öz aramızda" proqramında sərt açıqlaması ilə diqqət çəkib.

O bildirib ki, həmin insanlar onun paxıllığını çəkənlərdir:

"Ay yazıqlar, bədbəxtlər, qoca sarsaqlar. Ölmüsünüz, xəbəriniz yoxdur. Sizi yerdən götürən yoxdur. Ölün, utanın, yerə girin. Siz öz sənətkarınızı necə tənqid edirsiniz? Ağıllı olun, ağlınızı başınıza yığın. Dövlətin mənə verdiyi adları alın təri ilə almışam: Yazıçılar Birliyinin üzvü, Dövlət Televiziyasının solisti, fəxri ad almışam. Dövlətin nazını çəkidiyi sənətkarları tənqid edirsiniz. Romans, müzikllar bəstələyirəm. Geyinib-keçinirəm. Siz aylarla üzünüzü belə yumursunuz. Tofiq Quliyevə “Kuliyev”, Qara Qarayeva “Karayev” deyirsiniz".

Seyidcahan Ermənistanda konsert vermək istəyindən söz açıb:

"Zəng gəldi və soruşdular ki, nə vaxtsa Ermənistanda konsert verərsiniz? Cavab verdim ki, əlbəttə. Orada "Qarabağ Azərbaycandır" adı ilə konsert verəcəyəm. Eşitmişəm ki, "Tikim sizin ağzınızı" şeirimi sevirlər, onu oxuyacağam".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar