Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisinə yeni müavin təyin olunub.
Bakupost.az İqtisadiyyat.az-a istinadənla xbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Azər Mehralıyev idarə rəisinin müavini vəzifəsinə təyin olunub. Bununla da idarə rəisinin müavinlərinin sayı 2-yə çatdırılıb.
Qeyd edək ki, Azər Mehralıyev uzun illərdir Ədliyyə Nazirliyində çalışır.