İran Prezidenti Məsud Pezeşkian ölkədə su təminatı ilə bağlı vəziyyətin böhran səviyyəsində olduğunu deyib.
Bakupost.az xəbər verir ki, bu barədə o, ölkə parlamentində çıxışı zamanı bildirib.
M. Pezeşkian deyib ki, su problemi ölkənin bütün vilayətlərində müşahidə olunur:
“Ölkəmizin bütün bölgələrində su təminatı ilə bağlı problemlər mövcuddur. İranda su təminatı ciddi böhran içərisindədir”.
Qeyd edək ki, İran son 60 ilin ən sərt quraqlığı ilə üzləşib. Bu səbəbdən ölkənin bir çox əsas su anbarları quruyub. Yağış səviyyəsi uzunmüddətli orta göstəriciyə nisbətən 89% azalıb.