Ru
23:29 / 23 Dekabr 2025

Liviya Baş Qərargah rəisinin Ankaradan qayıdan təyyarəsi ilə ƏLAQƏ İTDİ

Liviya Baş Qərargah rəisinin Ankaradan qayıdan təyyarəsi ilə ƏLAQƏ İTDİ
Eye

Ankara Esenboğa Hava Limanından havaya qalxan “Falcon 50” tipli biznes təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib.


Bakupost.az xəbər verir ki, həmin vaxt hava limanı yaxınlığında partlayış səsinə bənzər güclü səs eşidildiyi bildirilir.

Liviya Baş Qərargah rəisi, general Məhəmməd Əli Əl-Həddadın da təyyarədə olduğu bildirilir.

Türkiyə Daxili İşlər naziri Əli Yerlikaya məsələ ilə bağlı açıqlamasında xəbəri təsdiqləyib:

“Bu axşam saat 20:10-da Ankara Esenboğa Hava Limanından Tripoliyə gedən 9H-DFJ nömrəli “Falcon 50” biznes təyyarəsi ilə saat 20:52-də əlaqə kəsilib. Təyyarədən Haymana yaxınlığında təcili eniş etmək istəyi daxil olub, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb. Təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla 5 sərnişin var. Hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Məhəmməd Əli Əl-Həddad bu gün Türkiyə Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun rəsmi dəvəti ilə Ankaraya səfər etmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar