Ru
08:56 / 14 Yanvar 2022

Azərbaycanda 4 günlük iş rejimi ilə bağlı açıqlama - VİDEO

Azərbaycanda 4 günlük iş rejimi ilə bağlı açıqlama -  VİDEO
Eye

"Vətəndaşlar 4 gün işləyib, 3 gün istirahət etsinlər". Son zamanlar bu fikir bir sıra ölkələrin müzakirə mövzusuna çevrilib.

Birləşmiş Ərəb Əmirlikləri inqilabi qərar qəbul edərək bu il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçib.Yəni, həftəlik iş qrafiki 5-ci gün saat 12:00-da yekunlaşacaq. Hazırda Rusiya, Türkiyə , Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər müzakirə mövzusudur.

Bakupost.az "xəzərxəbər"ə istinadən bildirir ki, mövzuya münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, 4 gün işləyən insan 3 gün dincələcəyini bildiyi üçün daha məhsuldar nəticə göstərə bilər.

Elə əksər şirkət və müəssisələri cəlb edən də məhz bu fikirdir. Eldəniz Əmirovun fikrincə, ölkəmizdə də bu sistemi tətbiq etmək mümkündür. Amma bunun üçün xüsusi təhlil, elmi araşdırmalar lazımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirilib ki, hələlik bu barədə heç bir layihə və ya qərar yoxdur.

Daha ətraflı videoda:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar