Ru
16:37 / 19 İyul 2024

Azərbaycanda mobil telefonlar güdülür? - Həbs olunan var

Azərbaycanda mobil telefonlar güdülür? - Həbs olunan var
Eye

Bakı Şəhəri Səbail Rayon və Bakı Apellyasiya məhkəmələrində Əliyev Tural Rasim oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı işin məhkəmə prosesləri keçirilir.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 - “Kompüter sisteminə qanunsuz daxil olma”, 272.2.1 - “Kompüter məlumatlarını qanunsuz ələ keçirmə” və 273-1.1-ci “Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi” maddələrilə ittiham olunaraq həbs edilib.

“Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən casus proqramları əldə edib tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Vəkili Əzizağa Qafarov təqsirləndirilən şəxs Tural Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı apelyasiya məhkəməsinə müraciət edib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar