Ru
14:28 / 09 Mart 2023

Azərbaycanda piyadanı vuran biznesmen özünü asdı

2376
Azərbaycanda piyadanı vurub, daha sonra intihar edən şəxs biznesmen imiş.

“Qafqazinfo”nun məlumatına görə, dünən səhər saatlarında rayonun İspik kənd sakini olan 1987-ci il təvəllüdlü İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında, meşəlik sahədə tapılıb. Onun Qəçrəşdə yerləşən restoranlardan birinin rəhbəri olduğu məlum olub.

Araşdırmalar zamanı, həmçinin üzə çıxıb ki, martın 6-sı saat 16 radələrində İ.Əlimuradov Quba şəhərində avtomobil qəzası törədib. Belə ki, həmin vaxt o, idarə etdiyi “Niva” markalı 40-BB-011 dövlət qeydiyyat nişanlı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Rövşən İslam oğlu Ağayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bundan sonra İ.Əlimuradov hadisə yerindən uzaqlaşıb və polisə izahat verməyib.

Xəstəxanaya yerləşdirilmiş R.Ağayevin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

***

Azərbaycanda intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə martın 8-də Quba rayonunun İspik kəndində qeydə alınıb. Kənd sakini 36 yaşlı İntiqam Əlimuradov meşədə özünü asıb.

Araşdırmalar zamanı İ.Əlimuradovun intihar etməsinə yol-nəqliyyat hadisəsini törətməsi səbəb olub.

Belə ki, o, martın 6-da Quba şəhəri ərazisində idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən 50 yaşlı Rövşən Ağayevi vurub. Hadisədən şoka düşən İ.Əlimuradov ərazidən qaçaraq meşədə özünü asıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər