Ru
15:40 / 04 İyun 2024

Azərbaycanda taxıl qıtlığı yaranacaq? - Açıqlama

Azərbaycanda taxıl qıtlığı yaranacaq? - Açıqlama
Eye

“Son günlər ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti daha çox taxılçılığa zərər verir. Məhsulun yetişmə dövrü uzanır. Bununla yanaşı, yağışlı hava taxıl sahələrində alaq otlarının inkişafını gücləndirir. Nəticədə alağ otları sahəni basır və taxıl biçininə maneəçilik törədir. İşin ən pis tərəfi odir ki, yağışlı hava şəraiti zəmilərdə “pas” xəstəliyinin yayılmasına səbəb olur ki, bu da məhsuldarlığa mənfi təsir göstərir”.




Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, Azərbaycan taxıla olan tələbatın əhəmiyyətli hissəsini idxal hesabına ödəyir. Bu səbəbdən ölkədə məhsuldarlıq aşağı olsa da, qıtlıq gözlənilmir:

“Məhsuldarlıq azalarsa, taxılın idxal həcmi bir qədər artacaq”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar