Ru
15:34 / 01 İyun 2022

Azərbaycanda yeganə uşaq xorunun pandemiyadan sonra ilk konserti - VİDEO

Azərbaycanda yeganə uşaq xorunun pandemiyadan sonra ilk konserti - VİDEO
Eye

Azərbaycanın yeganə uşaq xoru “Nur” pandemiyadan sonra öz fəaliyyətini bərpa edib.


Bakupost.az xəbər verir ki, uşaq ifaçılar cəmi 1 ay hazırlaşaraq, yeni konsert proqramı ilə çıxış ediblər.

Açıq havada baş tutan konsertdə yeni mahnılar, əsərlər ifa olunub.

Qeyd edək ki, uşaq xorunun öz teatrı və binası yoxdur. Onlar Ü. Hacıbəyovun ev muzeyində toplaşıb, məşq edirlər. Muzeyin direktoru isə şəxsən onları müşayiət edir.


Muzeyin direktoru Sərdar Fərəcov bildirib ki, uşaqlar həftədə 3 dəfə müəyyən saatlarda muzeydə məşq edirlər:


“Bu saatlar uşaqlar üçündür. Onlar yığışıb məşq edir. Bu dəstəyə görə xor minnətdarlıq əvəzi mənim mahnımı repertuarına daxil edib. Bu gün o səsləndi”.


Uşaq xorunun rəhbəri Mələk Vəlizadə deyib ki, uşaqların oxuması insanlara ümid verir:

"Uşaqların səsinin gəlməməsi zülmət deməkdir. Bu bir işıq, nurdur, uşaqlar dünyaya bəxş edirlər".


Pandemiyadan sonrakı ilk konsert improvizə olunaraq, açıq havada, ağacların kölgəsində keçirilib. Şəhər əhalisi üçün bu konsert sürpriz olub.

Hər konsert mütləq vətənpərvərlik mövzusunda mahnı ilə açılır, bu Vətən müharibəsində şəhid olanlara həsr edilir.

Konsertin təsadüfi izləyiciləri az olmadı. Mini konsert uşaqların oyunları ilə yekunlaşıb.

İndi xor daha böyük səhnəyə hazırlaşır. Onların əsas konserti Kamera zalında baş tutacaq.



Aygün Musayeva
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar