Ru
17:40 / 15 Sentyabr 2026

Ukraynada yeni korrupsiya qalmaqalı: 100 min ton neft yoxa çıxıb

Ukraynada yeni korrupsiya qalmaqalı:  100 min ton neft yoxa çıxıb
Eye

NABU Ukraynada 3 milyard qrivna (114,390 milyon manat) dəyərində 100 min ton neft məhsulunun oğurlandığını aşkarlayıb.
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) irimiqyaslı yanacaq oğurluğu sxeminin aşkarlandığını bildirib.

“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, istintaqın fikrincə, oğurluğun təşkilatçısı qismində Ukraynanın neft sənayesinə nəzarət edən nüfuzlu biznes qrupunun liderlərindən biri çıxış edib.

Ali Rada deputatı Yaroslav Jeleznyak bildirib ki, şübhəlilərdən biri uzun müddətdir həbsdə olan İqor Kolomoyski ola bilər. Bundan əlavə, xarici vətəndaşlığı olan “Ukrnafta”nın keçmiş vitse-prezidenti də şübhəlilər sırasındadır.

İş materiallarına görə, neft məhsulları komissiya müqavilələri çərçivəsində nəzarət altında olan şirkətə ötürülüb və sonra yanacaqdoldurma məntəqələri vasitəsilə satılıb. Bu isə, “Ukrnafta”ya məxsus yanacağın 20%-ni satmağa imkan verib.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar