Ru
09:59 / 19 Yanvar 2024

Azərbaycanı kimsəyə möhtac etmərik - Haberal Bakıda nümayəndəlik açır - VİDEO

20442
Xəbər verdiyimiz kimi, Bakupost.az və Medicina.az saytlarının təsisçisi Elçin Zahiroğlu Ankarada Türkiyənin ilk transplantoloqu, orqan nəqli əməliyyatlarında saysız-hesabsız ilklərə imza atan dünyaca məşhur Mehmet Haberalla görüşüb.




Söhbət zamanı Haberal Azərbaycanla bağlı bir neçə suala cavab verib.

O bildirib ki, Qarabağ zəfəri onu qürurlandırıb və bu, əslində bütün türk dünyasının qələbəsidir.

Haberal Azərbaycanla bağlı planlarından da danışıb. Onun sözlərinə görə, sahibi olduğu Başkənd Universitetinin Bakıda nümayəndəliyini açmaq fikrindədir. Plana görə, universitetin Bakı ofisi daha çox həkimlər üçün təlim mərkəzi kimi fəaliyyət göstərəcək.

Azərbaycana tibb və təhsil məsələlərində əlindən gələn köməkliyi göstərməyə hazır olduğunu deyən Haberal, ölkəmizdən təkliflər gözlədiyini deyib:

"Bizə nə istədiklərini desinlər, həll edək. Biz imkan vermərik, azərbaycanlı qardaşlarımız kiməsə möhtac olsun".

Mehmet Haberal Azərbaycanda orqan nəqli ilə bağlı qəbul olunan qanunla bağlı fikirlərini də dilə gətirib, öz tövsiyələrini verib.


Daha ətraflı linkdə:





Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər