Ru
15:43 / 18 İyul 2025

Azərbaycanla Ermənistan MDB-dən çıxır? - Baş katibdən AÇIQLAMA

Azərbaycanla Ermənistan MDB-dən çıxır? -  Baş katibdən AÇIQLAMA
Eye

“Ermənistanın MDB-dən çıxmaq istəyi ilə bağlı heç bir siqnal daxil olmayıb, bu variant istisnadır”.

Bakupost.az xəbər verir ki, bunu TASS-a MDB İqtisadi Şurasının 106-cı iclasında təşkilatın baş katibi Sergey Lebedev deyib.

"Mən bu variantı tamamilə istisna edirəm, Ermənistanın MDB-dən çıxacağına dair heç bir məlumat yoxdur, demək istəyirəm ki, Azərbaycanla da bağlı yoxdur".

Lebedev Ermənistanın MDB-nin müxtəlif iclaslarında iştirakını davam etdirdiyini vurğulayıb.

"Bu gün Ermənistanın səlahiyyətli nümayəndəsi MDB İqtisadi Şurasının iclasında olub, məsələlərin mahiyyəti barədə danışıb, bir sıra sənədləri imzalamaq səlahiyyətinə malikdir", - MDB baş katibi qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar