Ru
17:30 / 12 Sentyabr 2022

“Azercell”dən xəbərdarlıq!

“Azercell”dən xəbərdarlıq!
Eye

“WhatsApp” və digər tətbiqlərdə təhlükəsizlik pozuntuları ilə bağlı dünya miqyasında baş verən bir sıra hadisələri diqqət mərkəzində saxlayaraq, “Azercell” abunəçilərini cihaz və telefon nömrələrini potensial haker hücumlarından qorumaq üçün priventiv tədbirlər görməyə çağırır.

Bu cür hücumların sayının artmasını və bunun nəticəsində şirkətə son günlər ərzində daxil olan çoxsaylı sorğuları nəzərə alan mobil operator, məlumat təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələri abunəçiləri ilə bölüşür:

- Telefonlarınızı nəzarətsiz qoymayın;

- “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməyin;

- Şübhəli zənglərə cavab verməyin;

- Etibar doğurmayan internet saytlardan istifadə etməyin;

- Şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. təkliflərdən yararlanmayın;

- “WhatsApp”dan qeydiyyatdan keçmək üçün nömrəyə göndərilən 6 rəqəmli şifrəni heç kimlə bölüşməyin:

İstifadənizdə olan nömrənin “WhatsApp” hesabı yaradılarkən sizə sms vasitəsilə 6 rəqəmli şifrə göndərilir. “WhatsApp” hesabınızın təhlükəsizliyini qorumaq üçün bu şifrə gizli saxlanılmalıdır və heç kimlə bölüşülməməlidir.

- “WhatsApp”da şəxsi 6 rəqəmli təhlükəsizlik şifrəsi yaradın:

“WhatsApp” istifadəçiləri şəxsi 6 rəqəmli təhlükəsizlik şifrəsi yarada bilərlər. Bunun üçün proqram parametrlərində “İki addımlı təsdiqetmə” funksiyasını aktiv edin. Sonra müvafiq xanalara təhlükəsizlik şifrəsini və e-poçt ünvanını əlavə edin.

“Azercell” abunəçilərinin məlumat təhlükəsizliyini təmin etmək və onlara ən yaxşı müştəri təcrübəsini təqdim etmək üçün bu növ məlumatları müntəzəm olaraq onlarla paylaşmağa davam edəcək.

“Azercell” tətbiqlərdən və ya sosial şəbəkələrdən yararlanmaq üçün yalnız mobil internet bağlantısını təmin edir. Tətbiqlərə və sosial şəbəkələrə aid istifadəçi hesablarının təhlukəsizlik və istifadə şərtləri “Azercell” tərəfindən idarə edilmir. Məhz bu səbəbdən bu mövzularda yaranan sual və çətinliklər müvafiq proqramın dəstək xəttinə yönləndirilməlidir.

Şərhlər
  • Ilahə Rzayeva

    2 yaşlı oğlum var kirayə yaşyram evim yoxdu yoldaşım fəhlə işdye zorla dolanrg bəzən çörəyim olmur yeməyə oğlumu bagcya qoymag isdedim dovlet bağçası 230 manat özəl bağça 170 manat pul istədi qoya bilmədim oğlumu bağçaya xaiş edrəm heç olmasa dövlət bağçaları 20 30 manat olsun ayligiki bu uaşgmi baxcya qoya bilim

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar