Ru
10:23 / 22 Sentyabr 2026

Azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu

Azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu
Eye

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.

"Bakupost" Report-a istinadla xəbər verir ki, hücum zamanı bir neçə dron idarənin rəisin otağı istiqamətini hədəf götürüb.

Otaq və bütün mərtəbə tamamilə sıradan çıxıb.

R. Vəliyev otağı təhlükə hiss edən kimi tərk etdiyinə görə, xəsarət almayıb. İdarədə olan polislərdən də tələfat olmayıb.

Vəliyev Rüstəm Elçin oğlu 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar