Teleaparıcı Tural Orucov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) vəzifə alıb.
Bakupost.az xəbər verir ki, bu barədə “ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev feysbukda bildirib.
Onun sözlərinə görə, T. Orucov RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi təyin olunub.
Qeyd edək ki, T. Orucov uzun illər “Azərbaycan Televiziyası” QSC-də çalışıb. Aparıcı, həmçinin departament müdirinin müavini vəzifəsini icra edirdi.
T. Orucov bu gün işindən ayrıldığını açıqlayıb.
Azərbaycanın jurnalistikası ona görə bu gündədi. Müxtəlif telekanalında çalışan bütün jurnalistlərin ali arzusu hər-hansı nazirliyin və ya komitənin mətbuat katibi olmaqdı. H. Zərdabinin arzuları hara, bunların arzuları hara.