Ağ Evin mətbuat katibi Kerolayn Livitt amerikalı iş adamı İlon Maskın ABŞ prezidenti Donald Trampın adının maliyyəçi Ceffri Epşteynin işinə dair sənədlərdə yer alması ilə bağlı açıqlamasını “təəssüfə layiq” adlandırıb.
Bakupost.az xəbər verir ki, o, CNN telekanalının efirində yaranmış vəziyyəti şərh edib.
"Bu, dövlət xərclərinin azaldılması haqqında qanun layihəsindən narazı olan Mask üçün təəssüfləndirici epizoddur. Çünki bu qanun onun maraqlandığı müddəaları ehtiva etmir", - Livvit deyib.
İyunun 5-də sahibkarla Tramp arasında açıq mübahisə yaranıb. Buna səbəb Maskın ABŞ-nin Hökumətinin Səmərəlilik Departamentinin rəhbəri vəzifəsindən istefa verməsi olub.
İş adamı bu vəzifədən istefa verdikdən sonra dövlət başçısının vergilərlə bağlı qərarını tənqid edib. O, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsinin federal büdcə kəsirinin artmasına səbəb olacağına əminliyini ifadə edib.
Buna cavab olaraq Amerika lideri büdcə vəsaitlərinə qənaət etmək üçün Maskın layihələrinin həyata keçirilməsi üçün subsidiyaları və müqavilələri dayandırmağı təklif edib. Daha sonra Mask bildirib ki, guya Ağ Evin indiki sahibinin adı azyaşlıları fahişəliyə cəlb etməkdə ittiham olunan Cefri Epşteynin işi üzrə sənədlərdə yer alır. Üstəlik, iş adamı Donald Trampın impiçmentinin tərəfdarı olduğunu bildirib və onun yerinə vitse-prezident Ceyms Devid Vansın gətirilməsinə çağırıb.
Zaur, BakuPost