Ru
10:07 / 15 Aprel 2024

Bahar allergiyası... - Türkiyəli həkimdən məsləhətlər

3451
Havaların isinməsi və təbiətin canlanması ilə bahar fəsli bəzi sağlamlıq problemlərini də gətirir.

Bakupost.az xəbər verir ki, türkiyəli Dr. Barış Doğukan Işıkoğlu allergik reaksiyaların bu dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olduğunu qeyd edib.

Xalq arasında 'saman qızdırması' olaraq bilinən allergik rinit, allergik konjonktivit və allergik astma kimi halların yazın gəlişi ilə artdığını vurğulayan Işıkoğlu, "Bu dövrdə ot, çiçək tozu, ağac tozlanması kimi allergenlərlə qarşılaşmaq qaçınılmaz ola bilər", deyib.


“Allergenlərdən mümkün qədər uzaq durmaq lazımdır”

Həkim yaz allergiyasının asqırma, burun axması və ya tıxanması, göz və burunda yanma və ya qaşınma, dəridə qırmızı qabarlıqlar və nəfəs darlığı kimi əlamətlərlə özünü büruzə verdiyini bildirib. Işıkoğlu, tədbir olaraq alerjenlərdən mümkün olduğu qədər uzaq durmaq lazım olduğunu ifadə edib.

Ev və avtomobillər yaxşı havalandırılmalıdır

Dr. İşıkoğlu evlərin və maşınların yaxşı havalandırılmasını, allergenlərin çox olduğu yerlərdə maskalardan istifadə etməyi, lazım gəldikdə isə qapalı yerlərdə vaxt keçirməyi tövsiyə edib.

Bundan əlavə, Işıkoğlu burun yuyulmasının və uyğun müalicələrin əhəmiyyətinə toxunub.

İmmunitet sistemini dəstəkləmək üçün tədbirlər

Işıkoğlu, immun sistemini dəstəkləmək üçün C vitamini, kifayət qədər su və omeqa-3-ün vacib olduğunu qeyd edib.

Yaz yorğunluğu

Baharın gətirdiyi maddələr mübadiləsi sürətindəki dəyişikliklər səbəbiylə bəzi insanların yaz yorğunluğu yaşaya biləcəyinə də diqqət çəkən Işıkoğlu, bu vəziyyətdə tərəvəz və meyvələrə əsaslanan pəhriz, kifayət qədər su və stresslə mübarizənin vacib olduğunu vurğulayıb.


Az və tez-tez yemək, bol su içmək

Yaz aylarında mədə və bağırsaq xəstəliklərinin tezliyinin artdığını bildirən Işıkoğlu, az və tez-tez yemək, bol maye içmək, yatmazdan əvvəl yemək yeməmək kimi ehtiyat tədbirlərinin görülməsi lazım olduğunu bildirib.


Yaz xəstəliklərinə qarşı ehtiyat tədbirləri:

-Allergenlərdən mümkün qədər uzaq durmaq lazımdır

-Ev və nəqliyyat vasitələri yaxşı havalandırılmalıdır

-Allergenləri yüksək olan yerlərdə maskadan istifadə edilməlidir.

-C vitamini qəbul edilməlidir

-Kifayət qədər su qəbul edilməlidir

-Omeqa-3 qaynaqlarından istifadə edilməlidir

-Tərəvəz və meyvələrlə zəngin pəhriz yeyin

-Stressdən uzaq durun

- Az və tez-tez yemək yeyin

-Bollu maye qəbul edilməlidir

- Yatmazdan əvvəl yemək yeməyin

- Balanslaşdırılmış qidalanma olmalıdır

- İdmanla məşğul olunmalıdır



Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər