Ru
12:52 / 04 Oktyabr 2022

"Bakcell" şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

5436
“Bakcell” MMC-nin şəhid və qazi ailələrindən olan qadınların təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi başa çatıb.

2021-2022-ci illəri əhatə edən layihədə 16 qadın iştirak edib. İlkin mərhələdə onlara motivasiya, məqsədlərinin müəyyən olunması, yumşaq bacarıqların inkişaf etdirilməsi, CV-nin tərtib olunması, şəbəkələşmə və s. mövzularında seminarlar və praktik məşğələlər keçilib.

Növbəti mərhələdə qadınlar 7 ay davam edən ingilis dili, rus dili, kompüter, kiçik biznesin qurulması və idarə olunması, mühasibatlıq kimi kurs və təlimlərə qatılıblar.

Layihə benefisarları öz istəklərinə uyğun olaraq təhsillərini davam etdirmək, peşə təhsilinə başlamaq və işlə təmin olunmaq kimi imkanlardan yararlanıblar.

Müharibədən əziyyət çəkən uşaqlara və həmçinin şəhid və qazilərin ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi Bakcell şirkətinin KSM proqramının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə bir neçə layihə həyata keçirir.
Şərhlər
  • t.ədalət

    Maraqlıdır,niyə qadınların?Bu informasiya müd.nazirliyində işləyərkən İsa Qənbərin qardaşı Rövşən Qənbərin şəhid ailələrindən olan qadınların siyahısını toplamasını yadıma saldı.Mən o vaxtlar R.Qənbərin müd.nazirliyindəki mənbələrdən bu siyahısını toplamasına imkan vermədim.Çünki,öyrəndim ki,bu işin arxasında tərbiyəsizlik var.İndi də "Bakcel"in bu işi müəmmalıdır..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər