Ru
00:50 / 26 Sentyabr 2024

Bakı Baş Səhiyyə Mərkəzinin direktoruna cərimə yazıldı, narazı qaldı

Bakı Baş Səhiyyə Mərkəzinin direktoruna cərimə yazıldı, narazı qaldı
Eye

Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin direktoruna cərimə pratokolu tərtib edilib.

Bakupost.az -ın "Qaynarinfo"ya istinadla məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti mərkəz direktoru Elçin Abdurahman oğlu Əmirova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Elçin Əmirov dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Rəşad Cavadzadənin icraatındadır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar