Ru
13:42 / 04 Aprel 2024

Bakı ilə İrəvan arasında görüş barədə razılıq yoxdur - Ermənistan XİN

Bakı ilə İrəvan arasında görüş barədə razılıq yoxdur - Ermənistan XİN
Eye

Hazırda Ermənistan və Azərbaycan nümayəndələri arasında hər hansı səviyyədə görüş barədə razılıq yoxdur.

Bakupost.az xəbər verir ki, bu barədə aprelin 4-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, Ermənistan üç prinsip əsasında irəliləmək üçün heç bir maneə görmür.

“Bakının hələ də üç prinsipi kağız üzərində təsdiqləməyə razılıq verməməsi Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı olub-olmaması ilə bağlı narahatlıq yaradır.

Biz Alma-Ata Bəyannaməsinin müvafiq xəritələri əsasında 1991-ci il sərhədlərini bərpa edərək delimitasiya aparmağa hazırıq.

Əgər bu məsələ ilə bağlı razılıq əldə olunarsa, bu, yazılı şəkildə öz əksini tapacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək”, - Kostanyan vurğulayıb.

Zaur, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar