Ru
13:43 / 23 Sentyabr 2026

Formula-1-ə görə Bakıya nə qədər xarici turist gəlib?

Formula-1-ə görə Bakıya nə qədər xarici turist gəlib?
Eye

Ötən il Formula-1 üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib.

"Bakupost" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, bu il Formula-1 üzrə Azərbaycan Qran-prisi zamanı Bakıya gələn əcnəbi turistlərin sayı yuxarıda qeyd olunan rəqəmdən bir qədər çoxdur.

Bu isə onu deməyə əsas verir ki, Formula-1-lə əlaqədar Azərbaycana gələn turistlərin sayı rekord göstəriciyə çatıb.

O da bildirilib ki, turistlər 100-dən çox ölkədən gəlib.

Rəsmi statistikaya görə, ötən il biletlərin 80%-dən çoxu əcnəbi turistlər tərəfindən alınıb.

Orta hesabla, yarış üçün Azərbaycana üz tutan hər bir turistin 2200 ABŞ dollarından çox vəsait xərclədiyi qeyd olunur.

Şərhlər
  • Tələt Müfdiyev

    Yeni Növ İqtisadiyyatdan beynəlmiləl Şərəfli və Qazanclı xəbərdir! Hər bir izləyici-tamaşaçı turistinin, ya hamısının xərcindən hər bir azərbaycanlı qulluqçu və hamısına hansı məbləğ əlavə gəlir qalacaq? Büdcəyə çatan vergi nə qədər? Bəlkə, elə 2200x14000 məbləği bütövlükdə əlavə gəlir-qazanc kimi bizə qalacaq? Bəzi xəbərlər elə təqdim edilir ki, gələn qonağa, müşahidəçiyə, tamaşaçı ya turistə nə birbaşa, nə ətrafa təsiri ilə heç bir qulluq-xidmət və məsrəflər edilmir? Sanki, omlar elə həmin tam dəqiq 30,8 mln məbləğı kassaya ödəyib, geri qayıdırlar? Vasitələrin daşənması, qurulması, izlənməsi, özəl xidmətlər, qurğuların sökülüb yerinə çatdırılması və ən geniş təsirləri ətraf mühit və öz iş və təhsilə davamiyyətdən yayınmalara nəzərə-hesaba alınmayan hissəsidir. Ən faydalı-qazanc hissəsi isə qalan *zibillər*in operativ-zədə-itkisiz yığışdırılması deyilmi?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar