Ru
11:20 / 26 Sentyabr 2022

Bakı-Qazax yolunda avtobus qəzası - 15 yaralı

Bakı-Qazax yolunda avtobus qəzası - 15 yaralı
Eye

Bakı-Qazax yolunda iki avtobusun toqquşması nəticəsində ağır qəza baş verib.


TƏBİB-dən Bakupost.az -a verilən məlumata görə, hadisə ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub. Xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib.


Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar