Ru
15:11 / 26 İyul 2024

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü - FOTOLAR

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü - FOTOLAR
Eye

Bakı-Sumqayıt şossesinin Abşeron Gənclər Şəhərciyi yaxınlığındakı hissəsində yol çöküb.

Bakupost.az -ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, çöküntü bir aya yaxındır baş verib.

Əməkdaşımız məsələylə bağlı ərazidə olan sürüclərlə də həmsöhbət olub. Onlar deyiblər ki, yolun çökən hissəsi getdikcə daha da genişlənir:
"Yolda böyük dəlik yaranmışdı. Oranı kubik daşlarla doldurub, ətrafına maşın şini qoyduq ki, yolan keçən avtomobillər ora düşməsin. Aidiyyəti qurumlar yoldakı təhlükəni aradan qaldırsalar, yaxşı olar. Xüsusən də axşam saatlarında oradan keçmək daha təhlükəlidir. Hər an ağır qəza baş verə bilər. Çünki qaranlıq vaxtı yolun çökən hissəsini hər sürücü görə bilmir".

Məsələ ilə bağlı AAYDA-ya sorğu ünvanladıq.



Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar