Ru
12:35 / 08 Avqust 2024

"Bakı və İrəvan payıza yaxın sülh sazişi imzalamaq istəyir" - Tofiq Zülfüqarov

2544
Xəbər verdiyimiz kimi, Bakı və İrəvan Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəliblər. Bu məsələnin sonrakı mərhələdə həll olunması qərara alınıb.




Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, sülh müqaviləsi ilkin sənəddir və orda hansısa prinsiplər öz əksini tapmalıdır.


O, indiki mərhələdə sülhlə bağlı qısa sənəddə bu və ya digər mövzunun olub-olmamasının o qədər də vacib olmadığını bildirib:

“Çünki hesab edirəm ki, tərəflər indi razılıq əldə olunan mövzuları sənəddə əks etdirmək üzərində işləyirlər. Çalışırlar ki, qısa müddətdə çərçivə sazişinə qol çəksinlər. Bir daha qeyd edim ki, çərçivə sazişi heç bir məsələni həll etmir. Tərəflər sadəcə olaraq, gələcək danışıqlar üçün siyasi çərçivə yaradırlar ki, onun əsasında gələcəkdə müxtəlif istiqamətlərə aid danışıqları davam etdirsinlər”.

T.Zülfqarov kommunikasiyalar mövzusunda baş nazirlərin müavinləri səviyyəsində bir neçə görüş keçirildiyini deyib:

“Bu baxımdan onların bu istiqamətdə danışıqları davam etdirməsinə qərar verilib. Hesab edirəm ki, tərəflər payıza yaxın o sənədə qol çəkmək istəyirlər. Çünki ardıq dörd il keçib və tərəflər arasında bir sənəd var. O da bir növ müharibənin dayandırılması barəsində hərbi-texniki sənəddir. Çünki orda siyasi mövzular demək olar ki, öz əksini tapmayıb”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar