Ru
19:04 / 20 İyun 2025

Bakı və Pekin arasındakı bu müqavilə təsdiqlənəcək

Bakı və Pekin arasındakı bu müqavilə təsdiqlənəcək
Eye

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiqlənəcək.

Bakupost.az xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Belə ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü onlayn iclasında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Sənəd müzakirələrdən sonra Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasına tövsiyə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar