Noyabrın 3-də Bakıda “Azərbaycan-Rusiya Tarla Günü-2022” sərgisi keçiriləcək.
Bakıpost.az xəbər verir ki, kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisində Rusiyanın 14 müəssisəsi iştirak edəcək.
Rusiyanı sərgidə "Rostselmaş", "Klever", Volqa Kombayn Zavodu, "Melinvest", "Traktor" MMC, "Kuzembetevski" RMZ ASC, "Salskselmash" MMC, "AgroPostavka" MMC, Cənubi Ural Çəki Zavodu və digər böyük müəssisələr təmsil edəcəklər.
Sərginin ekspozisiyası 500 kvadratmetrdən artıq ərazidə qurulacaq. Ziyarətçilər Rusiyanın yeni işlənib hazırlanan və artıq populyarlaşan kənd təsərrüfatı texnikası modelləri ilə tanış ola biləcəklər. Bu sıraya yeni tırtıllı traktor, mini traktor, Tukan presləmə maşını, taxıl emalı kompleksi, taxıldoğrayan, taxıl elevatoru, Geoscan Geminiyeni nəsil aerofotoqrafiya sistemi sənaye tərəziləri və digər texnikalar daxildir.
Sərginin təşkilatçısı Rusiya Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi, Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi və “Rosspetsmash” Assosiasiyasıdır. Sərginin operatoru EXPOCENTRE SC-dir.
“Rusiya-Azərbaycan Tarla Günü” sərgisi Azərbaycannın aqrar-sənaye kompleksi sahəsində mühüm tədbirlərdən birinə çevriləcək. Sərgiyə respublikanın bütün aparıcı kənd təsərrüfatı istehsalçıları, kənd təsərrüfatı texnikasının idxalçıları və dilerləri, lizinq şirkətləri, o cümlədən fermerlər və sahibkarlar dəvət alıblar.
Bakıda "Həştərxan Biznes Mərkəzi"nin açıq meydançasında iki gün ərzində (3-4 noyabr 2022-ci il) keçiriləcək “Rusiya-Azərbaycan Tarla Günü” sərgisi Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının problemlərini həll etmək üçün Rusiya maşınqayıranlarının imkanlarını nümayiş etdirən platformaya çevriləcək. Bu, azərbaycanlı fermerlərə ölkənin iqlim və kənd təsərrüfatı xüsusiyyətlərini nəzərə alan müasir Rusiya kənd təsərrüfatı texnikası ilə tanış olmaq, onların texniki xarakteristikasını müzakirə etmək və satınalma üçün əlverişli şərtlər əldə etmək imkanı verəcək.