Babək rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq
Bakupost.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.
Bildirilib ki, 219 mm-lik borunun korroziyaya uğraması səbəbindən yeraltı qaz xətlərinin yerüstü xətlərlə əvəz olunması planlaşdırılır. Bu səbəbdən mayın 8-i saat 09:00-dan etibarən Babək rayonu, Babək şəhəri, Qoşadizə kəndi, "N" saylı hərbi hissə və Naxçıvan Hava Limanında qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.