“Tesla”nın sükan və pedalları olmayan robotaksisi “Cybercab”də avtomobili toxunma ekranı vasitəsilə idarə etməyə imkan verən gizli sistem aşkarlanıb.
“Bakupost” xəbər verir ki, avtomobilin ekranında virtual idarəetmə düyməsi yerləşdirilib. Bu ekrandakı virtual idarəetmə düyməsi vasitəsilə “Cybercab”i əl ilə hərəkət etdirmək mümkündür.
Sistemin avtomobilin dar ərazidən çıxarılması və digər zəruri hallarda insan tərəfindən idarə olunması üçün nəzərdə tutulduğu ehtimal edilir.
“Cybercab”in salonunda ənənəvi sükan və fiziki pedallar yoxdur. Avtomobilin idarə olunması üçün mərkəzi toxunma ekranından istifadə edilir.
Vüsalə Hüseynova,
BakuPost