Ru
15:14 / 20 Yanvar 2023

Bakıda bu binalar sökülür: Sakinlərə yeni mənzil və aylıq 700 manat veriləcək

4301
Bakının Yasamal rayonu ərazisindəki daha bir ünvanda beşmərtəbəli binaların söküntüsü planlaşdırılır.

Bakupost.az Baku.ws-ə istinadən xəbər verir ki, söhbət keçmiş 5 saylı çörək zavodu yaxınlığındakı binalardan gedir.

Belə ki, Zahid Xəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələri ərazisində yerləşən binalardan bəzilərinin söküntüsü həyata keçiriləcək. Sakinlərə söküləcək evləri müqabilində kompensasiyalar təklif olunur.

Evlərini tərk edən sakinlərə pilot layihə olaraq yeni binalardan 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara 700 manat kirayə pulu verilir.

Yeni binalarda mənzil almaq istəməyən vətəndaşlara isə kvadrat metri 1700 AZN-dən pul təklif olnunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər