Ru
21:20 / 11 Sentyabr 2026

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər
Eye

Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya tammiqyaslı hücumundan bəri 500 min rus əsgəri öldürülüb.


"Bakupost" xəbər verir ki, bu barədə Britaniya hərbi kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, yaralılar da daxil olmaqla, Rusiyanın ümumi itkiləri təxminən 1,5 milyona çatıb.

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Hərbi Hava Qüvvələrinin baş marşalı ser Riç Nayton isə bildirib ki, itkilərin əksəriyyəti 2023-cü ilin yanvarından sonraya təsadüf edib:

“Rusiya isə bu zaman ərzində Ukrayna ərazisinin yalnız 2%-ni ələ keçirib. Bu rəqəmlər belə kiçik irəliləyiş üçün insan həyatının mənasız və faydasız şəkildə israf edilməsini açıq şəkildə göstərir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar