Ru
00:50 / 18 May 2022

Bakıda dəhşətli yanğın - 1 nəfər öldü

2919
Bu gün saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.



FHN-dən Bakupost.az -a verilən məlumata görə, yanğın nəticəsində 7 nəfər xilas olunub, 1948-ci il təvəllüdlü Abdullayeva Yelen Amirovnanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.


Qeyd edək ki, mənzillər arasındakı arakəsmələrin taxta konstruksiyalardan ibarət olması səbəbindən alovun geniş əraziyə yayılma riski yüksək olsa da, yanğınsöndürmə qüvvələrinin gördüyü operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək binanın böyük hissəsi yanğından mühafizə olunub.


Belə ki, yanğın nəticəsində ilkin hesablamaya əsasən, 2 mənzil və ümumi istifadədə olan eyvan cəmi 75kv.m sahədə yanıb, digər mənzillər yanğından mühafizə olunub.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər