Ru
17:40 / 09 İyun 2024

Su İdmanı Sarayı yaxınlığında yanğın söndürüldü - FOTO/VİDEO -YENİLƏNDİ

Su İdmanı Sarayı yaxınlığında yanğın söndürüldü - FOTO/VİDEO -YENİLƏNDİ
Eye

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bakupost.az -ın FHN-ə istinadən verdiyi xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

16.53

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bakupost.az -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

16.30

Bakıda Su İdmanı Sarayının yaxınlığında yanğın başlayıb.


Bakupost.az xəbər verir ki, yanğın neft quyularının yerləşdiyi ərazidədir.

Güclü yanğın nəticəsində qara tüstü qatı havaya yüksəlir.

Görüntüləri təqdim edirik:



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar