Ru
19:32 / 24 Sentyabr 2026

Türkiyə Katza cavab verdi: Yersiz və əsassız!

Türkiyə Katza cavab verdi: Yersiz və əsassız!
Eye

Türkiyə hakimiyyəti İsrailin müdafiə naziri İsrail Katzın Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarını əsassız və yersiz adlandırıb.


"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

“Katzın prezidentimiz haqqında əsassız və yersiz açıqlamaları Qəzzada baş verənləri gizlədə bilməz. Türkiyə Ərdoğanın rəhbərliyi altında ədalət, sülh və münaqişələrdən təsirlənən insanların hüquqlarının qorunması uğrunda mübarizə aparmağa davam edəcək. İsrail rəhbərliyinin Qəzzadakı hərəkətləri beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurur”, - məlumatda deyilib.

Qeyd edək ki, Katz Türkiyə liderini "kağız üzərində sultan" adlandırıb, onu antisemit və təxribatçı ritorikadan istifadə etməkdə ittiham edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar